Nida Xəbər
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə görüşdü - FOTO
![](https://publika.az/storage/2024/04/17/ce.jpg?v1722040640)
Aprelin 17-də xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşüb.
XİN-dən Publika.az-a verilən xəbərə görə, görüş zamanı tərəflər Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritet və planlarını, təşkilat çərçivəsində mövcud işlər və gələcək perspektivləri müzakirə ediblər.
Kayrat Sarıbay Azərbaycanın AQEM çərçivəsində hər zaman fəal iştirak etdiyini məmnunluqla qeyd edib və sədr seçilməsi münasibətilə səmimi təbriklərini çatdırıb. Nəqliyyat bağlantıları, ətraf mühit kimi mövzuların AQEM üçün hazırda ən aktual məsələlərdən olduğunu qeyd edən K.Sarıbay, bu xüsusda Azərbaycanın konstruktiv mövqeyi ilə seçildiyini vurğulayıb.
Görüşdə tərəflər AQEM-in transformasiyası, qurumun fəaliyyətinin birgə maraq doğuran və aktual məsələlər üzrə istiqamətlənməsi, Azərbaycanın sədrliyi ilə keçiriləcək Nazirlər görüşünə və qarşıdan gələn Zirvə görüşünə hazırlıq, COP-29 çərçivəsində əməkdaşlıq imkanları, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
![](https://publika.az/storage/2024/04/17/dfgnfdjkg.jpg)
![](https://publika.az/storage/2024/04/17/cee.jpg)
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO