Nida Xəbər
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.
Publika.az xəbər verir ki, bu barədə aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.
Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

-
İnanc19:48
Ramazanın 22-ci günü: Dua, imsak və iftar vaxtı
-
Qoroskop19:00
Aprelin bu günlərində bütün vacib iş və məclisləri təxirə salın - XƏBƏRDARLIQ
-
İdman18:48
Haaland 4 milyona unikal avtomobil aldı: Ondan yaxşısı yoxdur - FOTO
-
Cənubi Qafqaz17:45
Paşinyanın Türkiyə planı: Bu yolla sərhədin açıq qalmasına çalışacaq
-
Sağlamlıq16:45
Narkoloqdan xəbərdarlıq: Siqaret tüstüsünün tərkibində...
-
Region15:31
İranın ali dini liderindən ABŞ-a "ağır şillə"...
-
Nida Xəbər 14:40
Putin İlham Əliyevi təbrik etdi
-
Sosial13:53
Anası həmin körpədən imtina etdi - Rəsmi