XİN-dən Azərbaycana qaytarılan 4 kəndlə bağlı açıqlama - "Çoxdan gözlənilən tarixi hadisə..."
Bizi izləyin

Nida Xəbər

XİN-dən Azərbaycana qaytarılan 4 kəndlə bağlı açıqlama - "Çoxdan gözlənilən tarixi hadisə..."

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "X" platformasında paylaşım edib.

"Çoxdan gözlənilən tarixi hadisə: Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının nəticəsi olaraq Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib", - XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, bu gün Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması razılaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm