Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
Bizi izləyin

Nida Xəbər

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək.

Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Prezident məktəbin təməlqoyma mərasimində iştirak edəcək. “Belə qardaş münasibət bizim üçün çox önəmli əhəmiyyət daşıyır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm