Nida Xəbər
FHN-in komandası minifutbol turnirinin finalına çıxdı - FOTO
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında keçirilən minifutbol turnirində Fövqəladə Hallar Nazirliyinin komandası daha bir uğura imza atıb.
Publika.az xəbər verir ki, aprelin 27-də yarımfinal oyununa çıxan Fövqəladə Hallar Nazirliyinin komandası Daxili İşlər Nazirliyinin komandası ilə qarşılaşıb.
Əsas hissəsi 0:0 bərabərliklə bitən oyunun qalibi penalti seriyasında müəyyənləşib. Rəqib qapısından 2 top keçirən FHN-in komandası 2:1 hesabı ilə qələbə qazanaraq finala yüksəlib.
Final mərhələsi Ədliyyə Nazirliyinin komandasına qarşı keçiriləcək.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə keçirilən yarışda 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandaları mübarizə aparır.
-
Cənubi Qafqaz22:12
İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO
-
Nida Xəbər 21:36
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
-
Magazin121:24
Talıb Tale onunla evlənir
-
Magazin221:00
Xalq artisti keçmiş ərini məhkəməyə verdi: ""Donuz" davranışından bezdim" - FOTO
-
Nida Xəbər 20:48
"Bu baş verərsə, doğru qərar olar" - Qüdrət Həsənquliyev
-
İdman20:24
Luninin xanımı “Real”ın ulduzu ilə qol-boyun oldu - FOTO
-
Sosial19:12
İki övladını küçəyə atan ananın üçüncü övladı da ƏLİNDƏN ALINDI
-
Nida Xəbər 18:17
Azərbaycan hərbçilərinin Türkiyədəki təlimindən görüntülər - VİDEO