Daha bir güləşçimiz Paris Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Bizi izləyin

İdman

Daha bir güləşçimiz Paris Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rafiq Hüseynov (87 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Publika.az xəbər verir ki, 35 yaşlı təcrübəli idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla nail olub.

O, yarımfinal mərhələsində gürcüstanlı Laşa Qobadzeyə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl Murad Məmmədov (60 kq) olimpiya lisenziyasına sahib çıxıb.

Beləliklə, Azərbaycan olimpiadaya 22-ci lisenziyanı qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm