Ermənistan polisi Azərbaycanla sərhədə gedən yolu bağlayıb: Kəndə kimləri buraxırlar?
Bizi izləyin

Nida Xəbər

Ermənistan polisi Azərbaycanla sərhədə gedən yolu bağlayıb: Kəndə kimləri buraxırlar?

Polis Kirantsa (Ermənistanın Tavuş rayonu) gedən yolu bağlayıb və vətəndaşları (icma sakinləri istisna olmaqla) kəndə buraxmır.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilir ki, Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan deputatı Qarnik Danielyan və Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan hadisə yerindədir. Onları da kəndə buraxmırlar.

“Mən bu səhər döyülərək yerlə sürüklənən kəndlilərə baş çəkmək istəyirəm, nəyə əsaslanaraq bunu etməyə icazə vermirsiniz? – Arxiyepiskop Qalstanyan polisə müraciət etsə də, cavab almayıb.

Hüquq-mühafizə orqanları yolun bu gün açılacağını desələr də, vaxtı dəqiqləşdirməyiblər.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi cümə axşamı Tavuş rayonunun Kirants kəndi yaxınlığındakı ərazini minalardan təmizləyir.

Səhər tezdən polis İrəvanla Bakı arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşmaya etiraz edən 31 etirazçını Tavuş bölməsinə gətirib. Onlar daha sonra sərbəst buraxılıblar.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm