Moskva alqışladı: Azərbaycan və Ermənistan arasında...
Bizi izləyin

Nida Xəbər

Moskva alqışladı: Azərbaycan və Ermənistan arasında...

Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 10-da Almatıda keçirilməsi planlaşdırılan görüşünü alqışlayır.

Publika.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz Ermənistan-Azərbaycan arasında normallaşma prosesinin təşviqi üçün yardım göstərməyə davam etməyə hazırıq”, - deyə Zaxarova bildirib.

O xatırladıb ki, bu gün Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Zaxarova əlavə edib ki, danışıqların gündəliyinə Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi məsələləri daxildir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm