Dünya
Makronun yerinə namizəd axtarılır: Alçaldıcı məğlubiyyətlə üz-üzədir

Aİ-nin aparıcı ölkələrinin liderləri Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun yerinə namizəd axtarırlar.
Publika.az xəbər verir ki, bu barədə "Politika" yazıb.
Materialın müəlliflərinin fikrincə, Aİ əfsanəvi “Fransa-Alman mühərriki”nin assosiasiyaya rəhbərlik etməyə qadir olduğuna inamını itirib.
Qeyd olunur ki, Şolts və Makron Aİ-nin aparıcı ölkələrinin digər liderlərinin gözündə daxili siyasətdə zəifləmiş və Aİ daxilində gələcəyə dair ümumi arzulara inam aşılaya bilməyən kimi görünürlər.
Nəşrin yazdığına görə, hazırda Fransa və Almaniya siyasi arenada yaxşı çıxış etmirlər, Makron və Şolts isə iyunun 6-9-na təyin edilmiş Avropa Parlamenti seçkiləri ərəfəsində ifrat sağçı partiyalara alçaldıcı məğlubiyyət riski ilə üz-üzədirlər. İqtisadi və siyasi zəifliyin olması son dərəcə xoşagəlməz amildir.
“Politico” tənqidçilərə istinadən yazır ki, bu, Avropa Parlamentinə seçkilərdən sonra Aİ institutlarında rəhbər vəzifələrin bölüşdürülməsi ilə bağlı danışıqlar zamanı iki liderin nüfuzunu ciddi şəkildə sarsıda bilər.
Adəm Abbaslı

-
Nida Xəbər 22:30
İlham İsmayıl saxlanıldı
-
İdman22:20
Bu da dünya çempionatının maskotları - FOTO/VİDEO
-
Rəsmi xronika21:30
Prezidentdən Xəzərlə bağlı mühüm mesaj - “Vəziyyət pisdir”
-
Nida Xəbər 21:25
Bu şəxslərin Bəhreynə gedişi ASANLAŞDI - SAZİŞ
-
Sosial20:36
"Plastik cərrah" məşhur aktrisanın bədəninə infeksiya saldı: "Həyatımı alt-üst edib"
-
ABŞ19:48
Ərdoğanla Tramp arasında görüş başladı
-
Sosial19:36
Sevgilisi tərəfindən qaçırılan qız: "Xahiş edirəm, azadlığa buraxın, evlənək"
-
Sosial17:50
Əli Əsədov yeni qərarlar imzaladı