Təhlükəsizlik qüvvələri xəbərdarlıq etdi: Paşinyan son anda müraciətindən bu sözləri çıxardı
Bizi izləyin

Nida Xəbər

Təhlükəsizlik qüvvələri xəbərdarlıq etdi: Paşinyan son anda müraciətindən bu sözləri çıxardı

Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində delimitasiya, real və tarixi Ermənistan haqda danışıb.

Publika.az xəbər verir ki, Paşinyanın müraciətində bəzi ölkələrə qarşı daha sərt ifadələr yer alıbmış. Amma son anda onlardan imtina edib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, Paşinyan delimitasiyaya mane olan ölkələr haqda, hətta ölkədə fövqəladə vəziyyət elan etməyə qədər sərt müqavimətdən danışmağa hazırlaşırmış.

Amma Baş nazir təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə məsləhətləşib və onlar müraciətdən bu hissəni çıxarmağa çağırıblar.

Paşinyan son anda fikrindən daşınaraq mətnin bu hissəsini mesajdan çıxarıb.

Eyni zamanda Paşinyan xarici aləmə açıq siqnal verib ki, bazar günü mitinqdə nə qədər adam toplaşsa da, onun hökuməti nəyin bahasına olursa olsun delimitasiya prosesini başa çatdıracaq.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm