Fransa Ermənistana qoşun yeridəcək? – Makronun dostu hər şeyi etiraf etdi
Bizi izləyin

Nida Xəbər

Fransa Ermənistana qoşun yeridəcək? – Makronun dostu hər şeyi etiraf etdi

Fransa ilə nə qədər yaxşı və isti münasibətlər olsa da, Ermənistana hücum olarsa, Paris öz qoşunlarını köməyə göndərməyəcək.

Publika.az xəbər verir ki, bunu Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) həmsədri Murad Papazyan “Hay Dat”ın komissiya və ofislərinin konfransı çərçivəsində jurnalistlərlə söhbətində deyib.

Erməni icmasının nümayəndəsi hesab edir ki, Paris ən yaxşı halda dəstəyi bir az artıracaq, amma bundan artıq heç nə olmayacaq.

Siyasətçi əmindir ki, Ermənistan Rusiya ilə münasibətləri bərpa etməlidir, müttəfiqi düşmənə çevirməməlidir.

"Hakimiyyət istefa verməlidir, yeni təhlükəsizlik mexanizmləri yaradılmalıdır ki, Türkiyə və Azərbaycan Ermənistana hücum etməsin. Strateji prioritet Rusiya ilə münasibətləri bərpa etməkdir. Rusiyanı sadəcə olaraq ölkədən çıxarmaq mümkün deyil... Bizə yaxın olan partnyor az qala düşmənə çevirdik”, - Papazyan bildirib.

O qeyd edib ki, xəritəyə qısa nəzər salmaq Rusiyanın Ermənistan üçün nə qədər vacib rolu barədə təsəvvür əldə etmək üçün kifayətdir.

Qərbin təhlükəsizlik baxımından alternativ ola biləcəyi ilə bağlı suala gəlincə, Papazyan qeyd edib ki, təkcə Qərb ölkələri ilə deyil, Hindistan və Çinlə də yaxşı münasibətlərə malik olmaq lazımdır.

“Amma biz eşidəndə ki, Avropa İttifaqı Türkiyəyə Qafqaz məsələləri ilə məşğul olmaq səlahiyyəti vermək istəyir... Türkiyə neytral tərəfdaş deyil, neytral dövlət deyil, o zaman narahatlığa əsas var”, - o vurğulayıb.

Siyasətçi əlavə edib ki, erməni xalqının təhlükəsizliyi bütün münasibətlərin əsasını təşkil etməlidir.

Xatırladaq ki, Papazyan 2021-ci il iyunun 1-də Fransaya səfəri zamanı Paşinyanın kortejinə yaratdığı əngəldən sonra persona non-qrata elan edilib. 1,5 ildən sonra məhkəmə Papazyanın Ermənistana girişinə qoyulan qadağanı ləğv edib. Sonra prezident Emmanuel Makron məsələni yumşaltmağa çalışıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm