İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketi alıb - Qriqoryan açıqladı
Bizi izləyin

Nida Xəbər

İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketi alıb - Qriqoryan açıqladı

Ermənistan Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb.

Publika.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, söhbət sülh sazişinin 10-cu nəşrindən gedir.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bir ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib.

İyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyi də rəsmi Bakının son təkliflərinə cavab olaraq İrəvanın müqavilənin mətninin doqquzuncu nəşrini Azərbaycana təhvil verdiyi barədə məlumat yayıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm