Nida Xəbər
Abşeronda da Silahlı Qüvvələr Günü qeyd edildi - FOTO
26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günündə Abşeron rayonunda yerləşən Şəhidlər xiyabanları, şəhidlərimizin məzarları və Xatirə kompleksləri ziyarət olunub.
Publika.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə birgə I Qarabağ və Vətən müharibələri şəhidlərinin, o cümlədən müxtəlif vaxtlarda düşmənin hərbi təxribatlarının qarşısını alarkən qəhrəmanlıq göstərmiş şəhidlərimizin məzarlarını ziyarət edib, əziz xatirələrini hörmətlə yad ediblər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun döyüş meydanında qazandığı şanlı qələbədən sonra işğaldan azad edilən şəhərlərimizin, kənd və qəsəbələrimizin sürətlə bərpa edildiyini, məcburi köçkünlərin öz yurdlarına böyük iftixarla qayıtdığını vurğulayan Abdin Fərzəliyev bildirib ki, Azərbaycan ordusunun qüdrətli gücü sayəsində xalqımız bundan sonra da tam təhlükəsiz yaşayacaqdır.
Abşeron rayonunun “Şəfəq” qəsəbəsində şəhid ailələrinin, müharibə iştirakçılarının və rayon ictimaiyyətinin iştirakı ilə 26 İyun Silahlı Qüvvələr Günü qeyd edilib.
Abşeron RİH başçısının müavini Gülnar Rəhimova, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova və digərləri çıxış edərək bildiriblər ki, Ulu öndərin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ordu quruculuğu daima dövlətin prioritet məsələlərindən biri olub.
Daha sonra bədii hissə təqdim edilib.
-
Yaxın Şərq28 Sentyabr 23:20
ABŞ-ın bu ölkədəki səfirliyi mühasirəyə alındı - VİDEO
-
Region28 Sentyabr 23:11
Elan edildi: İran bu ölkəyə qoşun göndərir
-
Sosial28 Sentyabr 19:13
Faciəvi şəkildə ölən Arzunun nişanlısı: "Allah mənim bəlamı versin" - FOTO
-
Hadisə28 Sentyabr 19:02
Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kim imiş - FOTO
-
Nida Xəbər 28 Sentyabr 18:07
18 yaşlı oğlandan inanılmaz əməl: Qadınla əlbir olub 700 min pulu... - VİDEO
-
İdman28 Sentyabr 18:00
Ehtiram Quliyev Bakının bu kəndində 5 hektar torpaq aldı: Məqsədi nədir?
-
Yaxın Şərq28 Sentyabr 17:31
Türkiyə Həsən Nəsrullahın öldürülməsinə belə REAKSİYA VERDİ
-
MDB28 Sentyabr 17:10
Azərbaycanın yaxın dostu ağır xəstəliyə tutulub? - RƏSMİ AÇIQLAMA