Nida Xəbər
Hərbi Prokurorluqda qurumun 106-cı ildönümünə həsr olunmuş mərasim keçirildi - FOTO
Sentyabrın 26-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mərkəzi aparatında Respublika Hərbi Prokurorluğunun, Bakı Hərbi Prokurorluğunun əməkdaşlarının və prokurorluğun veteranlarının iştirakı ilə milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bu barədə Publika.az-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mərasim iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Azərbaycan xalqının Ümummilli Liderinin büstü önünə gül dəstələri düzərək nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla anıb, bütün qazilərə şəfa diləyiblər.
Azərbaycan Respublikası baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev prokurorluğun veteranlarını, bütün prokurorluq əməkdaşlarını, o cümlədən mərasim iştirakçılarını 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb.
Xanlar Vəliyev bildirib ki, Azərbaycan prokurorluq orqanları 80 il ərzində dövlətin etibarlı sütunlarından biri kimi fəaliyyət göstərsə də, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsi ilə əlaqədar dövlət səviyyəsində heç bir təşəbbüs göstərilməyib, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməyib. Məhz Ulu Öndər Heydər Əliyevin 1998-ci il iyulun 17-də imzaladığı Sərəncamla 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları arasında xüsusi yeri olan prokurorluğa dövlət səviyyəsində göstərilən qayğının ifadəsi və onun roluna rəsmi münasibətin təzahürü olub.
Hərbi prokuror Xanlar Vəliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini dövrün tələblərinə uyğun yeni müstəvidə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan və görülən müstəsna işlərdən, dövlətimizin daha da qüdrətlənməsindən, Vətən müharibəsində qazanılan möhtəşəm tarixi Qələbədən, dünyada analoqu olmayan uğurlu antiterror əməliyyatlarından, xalqımızın maddi və sosial rifah halının davamlı yaxşılaşdırılmasından bəhs edib. Bildirilib ki, əldə olunan uğurlar müdrik rəhbər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dühası, sarsılmaz qətiyyəti, yorulmaz fəaliyyəti, xalqımızın əzmkarlığı və mübarizliyi, sarsılmaz xalq-iqtidar birliyi sayəsində mümkün olub.
Xanlar Vəliyev vurğulayıb ki, ölkəmizin hərtərəfli inkişafına və qazanılan ardıcıl uğurlara xalqına və dövlətinə sədaqəti, milli-mənəvi dəyərlərə sadiqliyi, insanpərvərliyi, xeyirxah əməlləri və digər məziyyətləri ilə bütün dünya qadınlarına örnək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti misilsiz töhfələr verir.
Prokurorluğa, o cümlədən Hərbi Prokurorluğa dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edən ədliyyə general-leytenantı Xanlar Vəliyev bunun işin səmərəliliyini şərtləndirdiyini qeyd edib.
Sonda xidməti vəzifələrini nümunəvi icra etdiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarının bir qisminə Hərbi prokuror tərəfindən təltiflər, prokurorluğun bir qrup veteranlarına isə hədiyyələr təqdim olunub.
Hərbi prokuror Xanlar Vəliyev tədbirə yekun vuraraq, Hərbi Prokurorluq orqanları əməkdaşlarının Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə görülən böyük işlərdə və həyata keçirilən məhkəmə-hüquq islahatlarında yaxından iştirak edəcəklərini, qanunçuluğun, dövlətçiliyin, ictimai-siyasi sabitliyin qorunması, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, cinayətkarlığa eləcə də dövlətimizin qüdrətlənməsinə və milli maraqlara xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutaraq, üzərilərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəklərini bildirib.
-
Avto07:15
Bu avtomobil şirkəti 4500 işçisini ixtisar edəcək
-
İdman06:46
"Qan qusdum" - Taysondan səhhətilə bağlı şok etiraf
-
İdman02:42
Super ulduzun arvadı Ançelottini biabır etdi - FOTO
-
Hadisə01:30
Daha bir acı xəbər gəldi: bu dəfə 14 yaşlı yeniyetmə...
-
Sosial00:50
Toya hazırlaşanlara məyusedici xəbər - Qiymətlər bahalaşacaq
-
Hadisə8 Noyabr 23:55
Hərbi hissə yaxınlığında YANĞIN baş verdi
-
Magazin28 Noyabr 21:12
Cennifer Lopez Şahzadə Diana kimi geyindi - FOTOLAR
-
Sosial8 Noyabr 21:00
Bakıda möhtəşəm Zəfər atəşfəşanlığı - VİDEO