Nida Xəbər
71 ölkədən 335 QHT COP29-da birgə addımları müzakirə etdi
2024-cü il oktyabrın 4-də COP29 QHT Koalisiyasının hibrit formada növbəti “zoom” görüşü keçirilib.
Publika.az xəbər verir ki, görüşdə elan olunub ki, Koalisiyanın sıraları hər gün genişlənir, artıq dünyanın 71 ölkəsindən 335 QHT bu tərkibdə yer alır.
Koalisiyadakı 108 QHT, eyni zamanda UNFCCC tərəfindən Müşahidəçi statusla Həmfikir Qrupların(Constituency) üzvləridirlər.
Hibrit görüş zamanı Azərbaycanın irəli sürdüyü qlobal təşəbbüslər dünyanın aparıcı vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən təqdirlə qarşılanıb. COP29 QHT Koalisiyası bir daha dünya dövlətlərini Azərbaycanın COP29 naminə Birgə Atəşkəs Çağırışına qoşulmağa çağırıb.
Görüşdə COP29 zamanı birgə əməkdaşlıq imkanları müzakirə olunub, ətraf mühit, gender məsələləri diqqətdə saxlanılıb, Avropa, Afrika və Asiya ölkələrindən spikerlər mövzular üzrə təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, COP29 QHT Koalisiyasında ölkəmizi Azərbaycan Milli QHT Forumu təmsil edir. Koalisiya Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılıb.
Koalisiya müntəzəm əsasda hibrit görüşlər keçirir, fəaliyyətləri koordinasiya edir.
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı
-
Dünya12:30
Netanyahuya xərçəng diaqnozu qoyuldu - Onu bu şəxs əvəzləyəcək
-
Sosial11:50
Həlak olan pilotumuzun adına bu ölkədə təqaüd veriləcək