Nida Xəbər
Ermənistan COP29 vaxtı Azərbaycana hücuma hazırlaşır - SENSASİON DETALLAR
İrəvandan Bakıya qarşı “Azərbaycan Ermənistana qarşı hərbi planlar qurur” iddiaları intensivləşib. Ararat Mirzoyan bu iddianı Varşava forumunda beynəlxalq ictimaiyyətə təqdim etdi, ardınca erməni rəsmiləri və mediası aktiv şəkildə gündəmə gətirdi. Son olaraq, Paşinyanın partiyasında sədr müavini olan Vaaqn Aleksanyan “Azərbaycanın Ermənistana hücum üçün zəmin hazırladığı” iddiası ilə çıxış edib.
COP29 ərəfəsində sülh müqaviləsinin imzalanmasına təkid edən rəsmi İrəvanın paralel şəkildə “Bakı hücum edəcək” iddialarını tirajlaması siyasi və hərbi məqsədlərin tərkib hissəsidir.
Siyasi hədəf: sülh müqaviləsi layihəsini yarımçıq imzalamağa çalışan İrəvan Bakının “bütün bəndlərin razılaşdırıldığı müqavilə” yanaşmasını “sülhə qarşı olmaq” kimi göstərməyə çalışır və “Ermənistana hücum edəcək” iddiaları ilə Azərbaycanı ittiham altına salmaq, diqqəti Bakının sazişlə bağlı mövqeyindən yayındırmaq istəyir;
Hərbi hədəf: Ermənistan bu iddialarını “isbatlamaq” və “hücum edən tərəf” kimi Bakıya qarşı beynəlxalq təzyiqi gücləndirmək məqsədilə kiçik çaplı da olsa, sərhəddə təxribatlara əl ata bilər və bunu məhz COP29 tədbiri (yaxud tədbir ərəfəsində) zamanı edəcəyi ehtimalı ön plandadır;
COP29 zamanı mümkün təxribatlarla qarşıdurma yaratmaq İrəvana iki istiqamətdə sərfəlidir:
- Azərbaycanı “hücum edən tərəf” kimi göstərməklə beynəlxalq iqlim tədbirində sülh sazişinin imzalanması çağırışı edən oyunçuları Bakıya təzyiq siyasətinə sövq etmək;
- Azərbaycanın “COP atəşkəsi” təşəbbüsünü zədələmək, Bakının imicini və əldə edə biləcəyi dividentləri sıradan çıxarmaq;
Mümkün təxribatlarda COP-un Bakıda keçirilməsinə etiraz edən və hazırda tədbir üzərindən Azərbaycana qarşı kampaniya aparan qüvvələr-ölkələr də maraqlı tərəfdir.
Asif Nərimanlı
-
Dünya01:40
SEPAH generalı ABŞ səfirliyinə sığındı
-
İdman01:20
Şok iddia: Sadıqov ev dustaqlığındadır
-
Qoroskop00:40
Günün qoroskopu: gəlirlərinizi artırmaq şansınız olacaq
-
Ekopublika.az11 Dekabr 23:47
Ev almaq istəyənlərin nəzərinə! - Bu ərazilərdə qiymətlər bahalaşacaq
-
İdman11 Dekabr 23:35
“Forbes” “top-10”-u açıqladı: Ən çox qazananlar kimlərdir?
-
İKT11 Dekabr 22:38
Sosial şəbəkələrə nə oldu?
-
İqtisadi gündəm11 Dekabr 22:26
İlon Maskın sərvəti fantastik həddə çatdı
-
İdman11 Dekabr 20:50
DÇ-2030-un hansı ölkələrdə keçiriləcəyini FİFA rəsmən açıqladı