Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağda
Bizi izləyin

Nida Xəbər

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağda

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib.

Publika.az xəbər verir ki, turistlər işğaldan azad edilmiş ərazilərdə olduqları ilk gün Xankəndiyə səfər edəcəklər.

Oktyabrın 20-də isə onlar Ağdama və Şuşaya səfər edəcəklər. Səyahətçilər işğal zamanı erməni qoşunlarının törətdiyi dağıntıları öz gözləri ilə görə biləcək, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, Gürcüstandan Azərbaycana 30 nəfərdən ibarət üç səyahətçi qrup gəlib. Onların səfərinin məqsədi regionda aparılan tikinti və bərpa işləri ilə tanış olmaqdır.

Səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm