Nida Xəbər
Siyasi partiyalarla bağlı dəyirmi masa keçirildi - FOTO
“Azərbaycan Respublikasında demokratiya və parlamentarizmin inkişafında siyasi partiyaların rolu” mövzusunda dəyirmi masa keçirilib
Publika.az xəbər verir ki, MDB PA-nın iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialının təşkilatçılığı ilə “Azərbaycan Respublikasında demokratiya və parlamentarizmin inkişafında siyasi partiyaların rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri - Yeni Azərbaycan Partiyasından Nurlan Həsənov, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin komitə sədri Fazil Mustafa, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əli-zadə, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Vətəndaş Həmrəyliyi Partiyasından Tənzilə Rüstəmxanlı, Ana Vətən Partiyasından Günay Ağamalı, Respublikaçı Alternativ Partiyasından Erkin Qədirli, dövlət qurumlarının, beynəlxalq parlament təşkilatlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin professor-müəllim heyəti və ekspertlər iştirak ediblər.
Dəyirmi masanı açan MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev tədbirin məqsədi haqqında qısa məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasətində MDB üzvü olan dövlətlərlə, xüsusilə humanitar, mədəniyyət, elm, təhsil, idman, sosial və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi xəttinin aydın şəkildə izlənildiyini vurğulayıb. Ramin Rzayev Azərbaycan parlamentinin MDB ölkələrinin parlamentləri ilə dostluq münasibətlərinin qurulmasında mühüm rolunu qeyd edərək filialın fəaliyyətində göstərdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.
Sonra Milli Məclisin deputatları çıxışlarında demokratik vətəndaş cəmiyyətinin formalaşmasında siyasi partiyaların rolunu qeyd ediblər, siyasi partiyaların bu gün Azərbaycanda demokratiyanın inkişafı və formalaşmasında mühüm tərkib hissələrindən biri olmasını və məhz bu yolla vətəndaşların ölkədə gedən siyasi proseslərdə demokratik iştirakının təmin olunmasına töhfə verdiklərini vurğulayıblar. Onlar qeyd ediblər ki, bütün siyasi partiyalar 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin və dövlətin siyasətinə dəstək olaraq birləşdilər və eyni mövqedən çıxış etdilər.
Tədbirdə çıxış edən MDB Parlamentlərarası Assambleyası Şurası Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB PA Şurası Baş katibinin müşaviri Sergey Karavayev mövzu ilə bağlı fikirlərini bildiriblər, siyasi partiyaların açıq dialoq apara biləcəyi belə bir tədbirin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
Sonra dəyirmi masa iştirakçıları arasında səmimi və ətraflı dialoq aparılıb və dəyirmi masa materiallarının yekun sənədində öz əksini tapacaq tövsiyələr və şərhlər verilib.
-
Magazin100:30
Manafa itki üz verdi - Yemək yedikləri yerdə qəfil öldü
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Şəxsi münasibətlərdə çətinliklər yarana bilər
-
İdman12 Noyabr 23:36
Ronaldinyo Bakıda belə qarşılandı - FOTO/VİDEO
-
Magazin112 Noyabr 23:00
Azərbaycanda boşananların məclisində oxuyan müğənni kimdir? - VİDEO
-
İdman12 Noyabr 21:27
Ronaldinyodan Bakı ilə bağlı paylaşım - Ona salam göndərdi / VİDEO
-
Sosial12 Noyabr 21:12
Estetik cərrahlardan şikayət edən onlar imiş - FOTO
-
İdman12 Noyabr 20:50
Zidan məşhur klubun təklifini RƏDD ETDİ: onu əvəzləyə bilərdi
-
Sosial12 Noyabr 19:50
Əbülfəs Qarayev bu ölkədə KAMERAYA YAXALANDI - ANBAAN VİDEO