Nida Xəbər
"Paris Sazişinin 6-cı Maddəsi ilə bağlı artıq müsbət nəticələrimiz var"
Paris Sazişinin 6.4-cü Maddəsinin müzakirəsində artıq müsbət nəticələr əldə olunub.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Düşünürəm ki, artıq Maddə 6.4 üzrə ilk müsbət nəticələrimiz var. On ildən çox idi ki, ümumi həll yolu tapmaq mümkün olmurdu. Bakıda COP-un işinin ilk günündə ölkələr vahid mexanizm barədə razılığa gəliblər. Bu da onu göstərir ki, səylərimizi birləşdirəndə qarşımıza qoyduğumuz məqsədlərə nail ola bilərik", - o bildirib.
Nazirin sözlərinə görə, karbon bazarları mexanizmi iqlim maliyyələşməsini təmin etməyə kömək edəcək.
"Biz, həmçinin MDB-nin (Multilateral Development Banks) 2030-cu ilə qədər illik öhdəliklərin məbləğinin 120 milyard ABŞ dolları olması ilə bağlı bəyanatını yüksək qiymətləndiririk, bu əhəmiyyətli irəliləyişdir. Azərbaycanın təşəbbüslərindən biri İqlim Maliyyəsi Fondunun yaradılmasıdır ki, bu da həm ölkələr, həm də şirkətlər və korporasiyalar daxil olmaqla qalıq yanacaq istehsalçılarının vəsaitləri hesabına təmin ediləcək. Biz sədrlik dövrümüzün qarşıdakı ilini qəbul edilmiş vədlərin yerinə yetirilməsinə həsr edəcəyik", - M.Cabbarov qeyd edib.
-
Qoroskop01:40Günün ulduz falı: Öz ideyalarınızı paylaşmaqdan qorxmayın!
-
Magazin223 Yanvar 23:55Narkotik testi pozitiv çıxdığı üçün "Kızılcık Şerbeti"ndən uzaqlaşdırıldı - Kanal rəhbərliyini amansızlıqda ittiham etdi
-
Ekologiya23 Yanvar 23:15Əhaliyə fevral ayı ilə bağlı XƏBƏRDARLIQ - Bu ərazilərdə yaşayanların diqqətinə!
-
ABŞ23 Yanvar 22:52ABŞ-ın 14 ştatında fövqəladə vəziyyət elan edildi
-
Ekologiya23 Yanvar 21:41Bu gecə səmada qeyri-adi hadisə müşahidə olunacaq
-
Magazin223 Yanvar 21:27"Apokalipsis" filminin aktyoru yenə həbs edildi - Bu dəfə...
-
Sosial23 Yanvar 21:13Cavanşir Yusifov şadlıq sarayı aldı
-
Elm və təhsil23 Yanvar 20:44Direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlandı

















.jpg)




















