Nida Xəbər
"Fransa kimi ölkələr İrəvanı silahlandırmamalıdır"
"İlk dəfədir ki, Azərbaycan Milli Məclisinə Türkiyədən bu qədər heyət gəlib. Beynəlxalq tədbirdir, vacib məsələlərin müzakirəsi aparılır" .
Publika.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanla olan münasibətlər inkişaf edir:
"Şuşa Bəyannaməsi ilə əlaqələr daha da artdı. Parlamentlərarası münasibətlər də vacibdir. Azərbaycan Milli Məclisində Cənubi Kipr dostluq qrupu yaradıldı. Buna görə İlham Əliyevə təşəkkür edirəm. Bu, Cənubi Kiprin gələcəkdə tanına bilməsi yönündə atılan addım idi. Azərbaycan İkinci Qarabağ müharibəsindən zəfərlə çıxıb. Azərbaycan hazırda sülh istəyir. Ermənistan Konstitusiyası dəyişməlidir və Minsk qrupu ləğv edilməlidir. Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycan və Türkiyənin ərazi bütövlüyünə iddia var. Beynəlxalq ictimaiyyət Azərbaycan və Ermənistan arasında sülhə dəstək verməlidir. Fransa kimi ölkələr də İrəvanı silahlandırmamalıdır".
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Avropa15:33Fransada kütləvi iğtişaşların vurduğu ziyan açıqlandı
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki
-
Yaxın Şərq12:44İran: ABŞ və İsrailə qarşı daha dağıdıcı plan hazırlamışıq
-
Ekologiya12:16Sabahın hava proqnozu açıqlandı




































