Nida Xəbər
Qazaxıstandan İLKİN HESABAT - AZAL-ın təyyarəsi vurulub?
Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair ilkin hesabatı dərc edib.
Publika.az xəbər verir ki, hesabat nazirliyin rəsmi saytında yerləşdirilib.
Hesabatda qəza sonrası əldə edilən məlumatlar, o cümlədən uçuş qeydiyyatçılarının (“qara qutuların”) təhlili əsasında ekspertlərin ilkin nəticələri yer alıb.
"İstintaq Komissiyası hava gəmisinin konstruksiya zədələrinin ətraflı müayinəsini davam etdirir. İlkin yoxlamalar zamanı füzelyajın arxa hissəsində, şaquli və üfüqi stabilizatorlarda, sükan və istiqamət sükanlarında müxtəlif ölçü və formalı çoxsaylı deşik və deşiksiz zədələr aşkar edilib. Oxşar zədələr hava gəmisinin sol mühərriki, sol qanadı, eləcə də digər aqreqat və komponentlərində də müəyyən olunub. Bəzi zədələrin düzgün düzbucaqlı formaya malik olduğu qeyd edilir.
Bundan əlavə, Komissiya Braziliya, Azərbaycan və Qazaxıstan hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə əlavə məhkəmə ekspertizası üçün zədələrdə qala biləcək kənar obyektlərin çıxarılması üzrə tədbirlər həyata keçirib. Nəticədə, deşiklərdən çox sayda kənar obyekt çıxarılıb", - hesabatda deyilir.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb. ("Report")
-
İqtisadi gündəm21:36
Qızılın qiymətləri rekord həddə çatdı
-
Hadisə21:25
Bakıda şübhəli əşya HƏYƏCAN YAŞATDI - FOTO/VİDEO
-
Nida Xəbər 21:15
Rusiyanın yalanı üzə çıxdı - 8 dəqiqə sonra olubmuş
-
Magazin120:36
Azərbaycanı “Avroviziya 2025”də onlar təmsil edəcəklər
-
Magazin119:12
İDDİA: “İTV Avroviziyaya “Mamagama”nı göndərir” - VİDEO
-
Rəsmi xronika15:48
Prezident fərman imzaladı
-
İqtisadi gündəm14:32
Bu şəxslərə 15 min manat veriləcək - RƏSMİ
-
Kriminal14:14
Goranboyda biabırçılıq: İşləməyə gələn 21 yaşlı qızın başına oyun açdılar - ŞOK TƏFƏRRÜAT