Ronaldonun heykəlini yandırdı, rəqs etdi və Tanrının son xəbərdarlığını çatdırdı - VİDEO
Bizi izləyin

İdman

Ronaldonun heykəlini yandırdı, rəqs etdi və Tanrının son xəbərdarlığını çatdırdı - VİDEO

"Əl-Nəsr"in ulduzu Kriştiano Ronaldonun doğulduğu Madeyra adasında şokedici hadisə baş verib.

Publika.az xəbər verir ki, naməlum şəxs adanın paytaxtı Funşalda, əfsanəvi futbolçunun muzeyinin yaxınlığında yerləşən portuqaliyalı ulduza həsr olunmuş bürünc heykəli yandırıb.

Hadisəni törədən şəxs bütün prosesi özü videoya çəkib. O, heykəlin üzərinə alışan maye töküb, daha sonra alışqanla od vurub. Alov heykəli bürüyən anda kənara çəkilərək özü ilə gətirdiyi dinamikdə səsləndirdiyi rep musiqisi altında rəqs etməyə başlayıb.

Video "Instagram"da zaino.tcc.filipe adlı hesabda paylaşılıb. Müəllif özünü “freestyler” və yerli sakin kimi təqdim edir. İctimaiyyətdə daha böyük narazılıq isə videoya yazılan “Tanrıdan Kriştianoya son xəbərdarlıq” şərhi səbəbindən yaranıb.

Alov tez bir zamanda söndüyü üçün heykəlin hər hansı bir ziyana məruz qalıb-qalmadığı hələ də məlum deyil. Madeyra polisi isə yanğın törədənin şəxsiyyətinin müəyyən edildiyini, lakin hələ də azadlıqda olduğunu bildirib.

Hadisə Madeyrada böyük rezonans doğurub və Ronaldonun pərəstişkarları tərəfindən kəskin etirazla qarşılanıb.

Qeyd etmək lazımdır ki, bu heykəl əvvəllər 2016-cı ildə Ronaldonun əzəli rəqibi Lionel Messi azarkeşlərinin vandalizm aktından sonra köçürülüb.

Heybət

View this post on Instagram

A post shared by O Futebol (@ofutebol.pt)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm