Nida Xəbər
Naxçıvan ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olundu
Ülvi Hacızadə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin olunub.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq sərəncam imzalayıb.
Təyinatla bağlı Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Ülvi Hacızadəni nazirliyin kollektivinə təqdim edib. Xanlar Mustafayev Ülvi Hacızadəni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir yeni təyinatın nazirliyin fəaliyyətinin daha da səmərəli təşkilinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Ülvi Hacızadə ona göstərilən yüksək etimada görə minnətdarlığını ifadə edib. O, bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlmək üçün bütün bilik və bacarığını səfərbər edəcəyini, göstərilən etimadı doğrultmaq istiqamətində əzmlə çalışacağını bildirib. Nazirliyin fəaliyyət istiqamətləri üzrə qarşıda duran vəzifələrin icrasında kollektivlə birlikdə səmərəli fəaliyyət göstərəcəyini vurğulayıb.
Qeyd edək ki, bu dövrə qədər Ülvi Hacızadə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geologiya və Mineral Xammmal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.
-
Kriminal18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
































