Digər
Sənaye istehsalı 4 faiz artıb
İlin birinci yarısında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 13,3 milyard manatlıq məhsul istehsal olunaraq 3,8 faizlik artım qeydə alınıb.
Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-iyun aylarının səviyyəsini 14,1 faiz, neft-qaz sektorunda isə 0,7 faiz üstələyib.
Sənaye məhsulunun 63,3 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 20,9 milyon ton neft, 10,2 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 28,7 faizini təşkil etmiş qida, kağız və karton, poliqrafiya, neft məhsullarının, kimya sənayesi məhsullarının, rezin və plastmas məmulatların, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında artım müşahidə olunub.
İstehsal edilmiş sənaye məhsulunun 7,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
Ümumi sənaye istehsalının 88,2 faizi malların (əmtəələrin), 11,8 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 77,0 faizi özəl bölmədə istehsal olunub.
İqtisadiyyat şöbəsi
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ