Kasko sığortasında 17 faizlik azalma var
Bizi izləyin

Digər

Kasko sığortasında 17 faizlik azalma var

Bu ilin yanvar-sentyabr aylarında sığorta növləri arasında ən ciddi artım su nəqliyyatı vasitələrinin sığortasında qeydə alınıb.

Publika.az-a Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) verilən xəbərə görə, bu növ sığortadan toplanan sığorta haqqı 4,2 dəfə artaraq 2,6 milyon manat təşkil edib.

Bundan başqa, kənd təsərrüfatı heyvanlarının sığortasında yığım 3 dəfə artaraq 1,2 milyon manat, kreditlərin sığortasında isə 2,2 dəfə artaraq 603 min manat olub.

9 ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə ipoteka sığortalarında qeydə alınıb. Bu növ sığortadan daxilolmaların məbləği 100% azalıb. Bundan başqa, pul və pul sənədlərinin saxtalaşdırılmasından sığortada yığım 87,1% azalaraq 4 min manata, yük daşıyanın mülki məsuliyyətinin sığortasında isə 62,5% azalaraq 1000 manata düşüb.

Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 21,4% azalaraq 9,8 milyon manat, fərdi qəza və xəstəlik sığortasında 22,1% azalaraq 6,7 milyon manat, tibbi sığortada 0,1% azalaraq 53,1 milyon manat, avtomobillərin könüllü sığortasında 17,1% azalaraq 23 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 7,5% azalaraq 286 min manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 11,9% azalaraq 104 min manata düşüb.

Qeyd edək ki, kasko və ipoteka sığortasının azalması banklarda adıçəkilən iki sahəyə ayrılan kreditlərin məhdudlaşdırılması ilə bağlıdır. Belə ki, bankdan kredit götürərək maşın alarkən avtomaşın icbari və kasko sığorta edilir. Eləcə də ipoteka İpoteka Fonduna müvəkkil olan 21 sığorta şirkəti iştirak edir. Onlar fərdi qəza və xəstəlik sığortası, o cümlədən ipoteka predmetinin sığortasını həyata keçirirlər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm