Oktyabrda inflyasiya 0,1 faiz olub - STATİSTİKA
Bizi izləyin

Digər

Oktyabrda inflyasiya 0,1 faiz olub - STATİSTİKA

2015-ci ilin oktyabr ayında ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşıb.

Publika.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişiklik baş verməyib. Ümumilikdə, istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,1 faiz bahalaşıb.

Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makoron məmulatlarının, şəkərin, toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, portağalın, bananın, xiyarın, pomidorun, badımcanın, şirin bibərin, soğanın, sarımsağın, kartofun qiymətlərində bahalaşma, qoyun ətinin, limonun, naringinin, almanın, armudun, üzümün, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, göyərtinin, balqabağın, göy lobyanın, çuğundurun, kökün qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Oktyabr ayında qeyri-ərzaq məhsullarından parçaların, geyimin, ayaqqabıların, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma, inşaat materiallarının, dərmanların, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının qiymətlərində isə ucuzlaşma müşahidə edilib.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm