Digər
III Dünya müharibəsi başlayır: ABŞ Rusiya-Çin ittifaqına qarşı
ABŞ Hərbi-Dəniz Qüvvələri Rusiya və Çinin Cənubi Çin dənizində birgə hərbi təlimlərinə cavab verməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın
“The Daily Signal” onlayn nəşri yazıb.
Nəşr yazır ki, 25 il sonra ilk dəfə super dövlətlərin dənizdə
“əzələ nümayişi” gözlənilir.
ABŞ Hərbi-Dəniz Qüvvələrinin kontr-admiralı Maykl Manazir də
Nümayəndələr Palatasının silahlı qüvvələr üzrə komitəsində çıxışı
zamanı Amerika donanmasının 25 il sonra super dövlətlərin
dənizlərdəki yarışında yer alacağını vurğulayıb.
Rusiya və Çinin birgə hərbi təlimlərinin təhlükəli olduğunu deyən
amerikalı admiral qeyd edib ki, ABŞ donanması yaxın gələcəkdə
gözlənilən təhlükələrə qarşı durmağa hazırdır. Lakin o, modernləşmə
və hərbi gəmi istehsalının gücləndirilməsi üçün lazımı maliyyə
olmayacağı təqdirdə, ABŞ donanmasının uzunmüddətli perspektivdə
zəifləyəcəyini də diqqətə çatdırıb.
Kontr-admiral ABŞ Hərbi-Dəniz Qüvvələrinin qlobal planını təqdim
edib. Onun sözlərinə görə, ABŞ Yaxın Şərqdə “Harri Trumen” adlı
təyyarədaşıma gəmisini yerləşdirməyi bacardı.
“Aralıq dənizinin şərq hissəsində “Harri Trumen”in yerləşdirilməsi
bizə üstünlük qazandırdı. 2003-cü ildə ABŞ donanması orada
genişmiqyaslı manevrlər edə bilmirdi. İndi bu imkan təmin
olunub.
“The Daily Signal” isə yazır ki, yaxın günlərdə ABŞ donanması Qara
dənizdə genişmiqyaslı hərbi təlimlərə başlayacaq. Bu Rusiya və Çinə
cavabdır. Ekspertlər isə super güclərin bu yarışının təhlükəli
olduğunu, dənizlərdə qarşıdurmanın güclənə biləcəyini qeyd edirlər.
Bu isə III dünya müharibəsinə səbəb ola biləcək
amillərdəndir.
Asif
-
Dünya01:40
SEPAH generalı ABŞ səfirliyinə sığındı
-
İdman01:20
Şok iddia: Sadıqov ev dustaqlığındadır
-
Qoroskop00:40
Günün qoroskopu: gəlirlərinizi artırmaq şansınız olacaq
-
Ekopublika.az11 Dekabr 23:47
Ev almaq istəyənlərin nəzərinə! - Bu ərazilərdə qiymətlər bahalaşacaq
-
İdman11 Dekabr 23:35
“Forbes” “top-10”-u açıqladı: Ən çox qazananlar kimlərdir?
-
İKT11 Dekabr 22:38
Sosial şəbəkələrə nə oldu?
-
İqtisadi gündəm11 Dekabr 22:26
İlon Maskın sərvəti fantastik həddə çatdı
-
İdman11 Dekabr 20:50
DÇ-2030-un hansı ölkələrdə keçiriləcəyini FİFA rəsmən açıqladı