Digər
Atəşkəs elan edilməsindən 20 il ötür
Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 20 il ötür.
1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış "Bişkek protokolu" mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb.
Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə
bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış edib.
Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası
Assambleyasının (MDB PA) iclasında Rusiya atəşkəs haqqında sazişin
layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan
danışıqları nəticə verməyib. Əsas fikir ayrılığı protokolda
Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına
da bərabər tərəf kimi yer ayrılması olub.
Mayın 8-də ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri Vladimir
Kazimirovun iştirakı ilə sənədi Azərbaycan Milli Məclisinin o
vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı
icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb. Rusiyanın layihəsinə
görə, Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin
ardınca hazırlanacaq «Böyük sülh sazişi»nə imza atmalı idilər.
Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət
məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradılıb.
Qeyd edək ki, 1993-cü ilin dekabr ayından etibarən Azərbaycan
Silahlı Qüvvələri cəbhə xəttində uğurlu hücum əməliyyatları
keçirməyə başlayıb. Cəbhə xəttinin cənub istiqamətində hücum edən
Azərbaycan Silahlı Qüvvələri Horadiz qəsəbəsi daxil olmaqla, Füzuli
rayonunun 20-yə yaxın yaşayış məntəqəsini azad edib. Lakin
Azərbaycan Ordusunun 1994-cü ilin fevral-mart aylarında
Ağdam-Tərtər və Murovdağ istiqamətində hücumları istənilən nəticəni
verməyib. Ermənistan Ordusu bütün ehtiyat qüvvələrini cəbhənin
adıçəkilən istiqamətinə və şimalına yönəltməklə, Azərbaycan
Ordusunun hücumunu dayandırmağa müvəffəq olub. Azərbaycan hərbi
aviasiyasının fevral-mart aylarında Ağdam və Tərtər istiqamətində
həyata keçirdiyi hava dəstəyi nəticəsində Ermənistan Ordusunun əsas
ehtiyat qüvvələri məhv edilib. Məhz bundan sonra Rusiyanın işə
qarışması ilə atəşkəsin imzalanmasına dair danışıqlara start
verilib.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya2 May 17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa2 May 17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!