Digər
Milli Məclis: “Rusiyanı dəstəkləmirik”
Milli Məclis Azərbaycanın Ukrayna məsələsində Rusiyanı müdafiə edəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Parlamentin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata
görə, spiker Oqtay Əsədov Rusiyaya səfəri zamanı Rusiya Dövlət
Dumasının spikeri Sergey Narışkinlə görüşü barədə İTAR-TASS
agentliyinin yaydığı məlumatda yanlışlığa yol verilib: “Xəbərdə
deyilir ki, guya ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək
iyun sessiyasında Azərbaycan tərəfi Ukrayna məsələsində Rusiyanın
mövqeyini müdafiə edəcəkdir. Bildiririk ki, adı çəkilən görüşdə
parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri,
ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi ilə yanaşı,
regional məsələlər müzakirə olunsa da Milli Məclisin Sədri
tərəfindən belə bir fikir səsləndirilməyibdir. Azərbaycan
Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini
müxtəlif səviyyələrdə, o cümlədən nüfuzlu beynəlxalq qurumlarda
aydın şəkildə ifadə etmiş, ancaq bu məsələ ilə əlaqədar Rusiyaya
qarşı sanksiyaların tətbiq edilməsinin əleyhinə olduğunu
vurğulayıbdır. Ölkəmiz bu cür problemlərin beynəlxalq hüquq
müstəvisində, danışıqlar yolu ilə həllinə tərəfdardır. Bir daha
bildiririk ki, müstəqil Azərbaycanın parlament diplomatiyası milli
maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir”.
Asif
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO