Digər
Bu gün Milli Qurtuluş Günüdür
Azərbaycanda iyunun 15-i Milli Qurtuluş Günü kimi qeyd edilir.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Ancaq
müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət və hakimiyyət
böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos,
hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır,
fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi.
Azərbaycanda hakimiyyət boşluğu yarandı. Gənc respublikada
rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında
mübarizə gedirdi.
1992-ci il mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk
gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə
bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda
vətəndaş müharibəsi təhlükəsi yarandı.
Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli
oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və
respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib,
iyunun 9-da Bakıya gəldi.
Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin
qarşısını ala bildi.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali
Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli
Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis
1997-ci ilin iyununda bu günü bayram elan etdi.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı