Digər
Baş redaktor qətlə yetirildi
Qalina Koşeyevanın meyiti bu gün meşə massivində tapılıb
Rusiyanın Kirov vilayətində beş gün əvvəl itkin düşmüş baş redaktorun cansız cəsədi tapılıb.
Daxili İşlər Nazirliyinin regional idarəsindən bildirilib ki, 10 iyundan bəri axtarılan rayonun “Rodnoy kray” qəzetinin baş redaktoru, 48 yaşlı Qalina Koşeyevanın meyitini bu gün - 14 iyunda Kilmez rayonunun Suna qəsəbəsi yaxınlığındakı meşə massivində polis tərəfindən tapılıb.
Baş redaktorun meyitinə baxış keçirilərkən üzərində zorakılıq əlamətləri aşkarlanıb. Baş redaktor iyunun 10-da qəzetin redaksiyasına işə gedərkən yoxa çıxıb.
Hadisənin motivi və kimlər tərəfindən törədildiyi barədə hələlik heç bir versiya irəli sürülməyib. Lakin yerli KİV Qalinanın ölümündə artıq sevgilisini günahlandırır.
Suna qəsəbəsinin sakini jurnalist yoxa çıxdığı gün özünü öldürüb. Kişi 11 iyunda gecə özünü güllələyib.
Faktla bağlı cinayət işi başlanıb.
-
Dünya04:44
ABŞ super donuzlar tərəfindən İŞĞAL EDİLƏ BİLƏR
-
Magazin104:14
Aygün Kazımova final matçında şou göstərdi - VİDEO
-
Nəqliyyat02:12
Bazar günləri parklanma ilə bağlı qanunsuz ödənişlər alınır?
-
Dünya01:41
Dəhşətli AİLƏ FACİƏSİ: arvadını və yeddi qohumunu baltaladı, özü isə...
-
Sosial01:11
Çingiz Qənizadəyə ağır itki üz verdi
-
Qoroskop00:00
Günün ULDUZ FALI: onun əsarətinə düşə bilərsiniz
-
Magazin12 İyun 23:24
"Evli ola-ola subay qızlara girişirlər, sonra da..." - FOTO
-
Avropa2 İyun 21:48
Zelenskidən Fələstin AÇIQLAMASI: "İki dövrü qarışdırmayın"