Tramp Həbibə SÖZ VERDİ: "Mən bunu dayandıracağam"
Bizi izləyin

MDB

Tramp Həbibə SÖZ VERDİ: "Mən bunu dayandıracağam"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ultimate Fighting Championship (UFC) üzrə keçmiş çempion Həbib Nurməhəmmədova Fələstindəki münaqişəyə son qoyacağını söz verib.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, siyasətçi Nurməhəmmədovla rusiyalı döyüşçü İslam Maxaçevin amerikalı Dastin Poreni məğlub etdiyi çempionat matçından sonra danışıb.

“Biz bunu dayandıracağıq. Mən bunu dayandıracağam”, - deyə Tramp bildirib.

Qeyd edək ki, iyunun 2-nə keçən gecə Maxaçev Poreni məğlub edib. Döyüş gilyotin texnikasından sonra beşinci raundda 32 yaşlı rusiyalı döyüşçünün texniki nokautla erkən qələbəsi ilə başa çatıb, buna görə Poree təslim olmaq məcburiyyətində qalıb. Döyüş nəticəsində Maxaçev yüngül çəkidə UFC titulunu qoruyub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm