Digər
Özbəkistan Azərbaycan silahlarına maraq göstərir
Yanvarın 29-da nazir müdafiə sənayesi naziri Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində istehsal olunan müdafiə və ikili təyinatlı məmulatlarla yaxından tanış olmaq üçün Azərbaycanda səfərdə olan Özbəkistanın müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi general-mayor Şavqat Normatovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,
Y.Camalov nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı
məlumat verib.Ş.Normatov Özbəkistan tərəfinin Azərbaycan Müdafiə
Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə və
ikili təyinatlı məmulatlara maraq göstərdiyini bildirib.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.Üçgünlük səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti nazirliyin bir neçə müəssisəsində olub, istehsal prosesini yaxından izləyib.Görüşdə Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev də iştirak edib.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı