Digər
Atəşkəs sona çatdı
İsrailin yeddi saatlığa elan etdiyi atəşkəs bitib.
İsrailin Baş naziri Benyamin Netanyahu uzun müddətli sülh
çağırışlarına baxmayaraq, Həmasa qarşı kampaniyanı davam etdirməyə
söz verib.
ANS PRESS-in məlumatına görə, İsrail lideri ölkənin hərbi
qüvvələrinin Həmasın silah saxlamaq və İsrail ərazisinə daxil olmaq
üçün istifadə etdiyi tunellərin məhv edilməsi səylərini sona
çatdırmağa yaxın olduğunu deyib. Lakin o, deyib ki, Qəzzanın
tərksilah edilməsi və Həmasın yəhudi dövlətinə raket atmasına qarşı
hərbi kampaniya İsrail vətəndaşları üçün uzunmüddətli sakitlik və
sabitlik təminə edilənə qədər davam etdirələcək.
Döyüşlər sakitləşsə də, fələstinlilərin yardım ala bilməsi və
məcburi köçkünlərin öz evlərinə qayıda bilməsinə imkan verilməsi
məqsədilə elan edilmiş humanitar atəşkəs zamanı da dayanmayıb.
Qəzza şəhərində xilasetmə işçilərinin bildirdiyinə görə, İsrail
atəşkəsin başlamasından bir neçə dəqiqə sonra qaçqın düşərgəsində
insan ölümü ilə nəticələnmiş raket hücumu keçirib. Qəzza rəsmiləri
Şati qaçqın düşərgəsində hava hücumu nəticəsində səkkiz yaşlı qızın
həlak olduğunu, 30 insanın yaralandığını bildiriblər.
Xatırladaq ki, 7 iyundan bu yana İsrailin Qəzzaya hücumu
nəticəsində ölənlərin sayı 1810-a çatıb, yaralı sayı isə
9400-dür.
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:10
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək
-
Dünya16:00
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
-
Sosial15:10
Əhali üçün təbii qazın qiyməti bu qədər oldu