Erməni gənc: “Müharibəyə getsəm, məndən alçağı yoxdur” - VİDEO
Bizi izləyin

Digər

Erməni gənc: “Müharibəyə getsəm, məndən alçağı yoxdur” - VİDEO

Ermənistanın Azərbaycanla təmas xəttində yerləşən kəndlərdə hazırlanmış video reportaj yayılıb.

Publika.az-ın məlumatına görə, erməni jurnalist Tatul Akopyanın öz dilində hazırladığı reportajda Tovuz rayonunun Ağdam kəndi ilə qonşuluğunda yerləşən, keçmişdə azərbaycanlılar, indi isə ermənilər yaşayan Çinarlı kəndinin sakinlərinin fikirləri yer alır.

Publika.az-ın həmin reportajın videosunu və tərcüməsini oxuculara olduğu kimi təqdim edir:

“Çək, qardaş, mən deyəcəyəm. Zülm içindəyik, məmurların hamısı rüşvət alır. Hərbi komissar hərbi bilet satır. Yol polisləri, polislər canımızı boğazımıza yığıb. Kimdir müharibəyə gedən? Məni çağırsalar, getsəm, məndən alçağı yoxdur. Adamları soymaq lazım olanda başımıza tökülürlər, amma elə ki atışma oldu, polis yoxa çıxır. Nə taxılımızı yığırıq, nə adam kimi yaşaya bilirik. Belə həyatın içini... Bura bax. Buğdaya bax. Quruyub tökülür. Kombayn tapılmır. Hamısı məhv olur, gedir. Nə iş görək? De görüm?”

Qeyd edək ki, sözügedən reportajı Hollandiyada yaşayan soydaşımız Fikrət Hüseynli erməni dilindən tərcümə edib.

Vasif Həsənli

Interpress.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm