Kərkükdə İŞİD-lə bağlı həyəcan siqnalı
Bizi izləyin

Digər

Kərkükdə İŞİD-lə bağlı həyəcan siqnalı

İraqın Kərkük şəhərində İŞİD hücumları ilə bağlı həyəcan təbili çalınıb.

Publika.az “Radikal”a istinadən xəbər verir ki, əldə edilən məlumata görə, bütün peşmərgə və polislərin məzuniyyəti ləğv edilib. İŞİD yaraqlılarının olduğu şəhərin cənub sərhədinə çoxlu sayda peşmərgə, ağır artilleriya və hərbi avtomobillər cəlb olunub.

Şəhərdaxili küçə və prospektlərdə təhlükəsizlik məntəqələri artırılıb. Çoxlu sayda əsgər və polis təhlükəsizliyi təmin edir.

Xatırladaq ki, İŞİD günlərdir Kərkükün 15 kilometr cənubunda qalmaqda davam edir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm