Digər
Alman ekspert: “Rusiya təhlükəsi barədə qorxular uydurulub”
“Rusiya təhlükəsi ilə əlaqədar Baltikyanı ölkələrin qorxuları uydurulub”.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) keçmiş rəhbəri, almaniyalı ekspert Valter Ştutsle NATO-nun Uels sammitində qəbul olunan qərarları şərh edərkən deyib.
Onun fikrincə, hərbi alyans lazımsız iddialarla ötən illər ərzində itirdiyi siyasi nüfuzunu qaytarmaq istəyir. “Şimali Atlantik İttifaqının aşkar və mütləq depolitizasiyası, hərbi detallara diqqətini cəmləməsi məni qorxudur. NATO üçün actual olan məsələlərin müzakirədə nədənsə tamamilə unudulur. İttifaq hər hansı bir hərbi təhlükəyə məruz qalmır”, - V.Ştutsle bildirib.
Alman ekspert məyusluğunu ifadə edib ki, Baltikyanı ölkələr və Polşa Moskva ilə münasibətlərin qaydaya salınması üçün tarixi imkandan istifadə etmirlər: “Hərçənd bunun üçün bütün ilkin şərtlər mövcuddur. Axı bu gün həmin ölkələr ABŞ və Almaniya tərəfindən tamamilə hərbi zəmanət altına alınıb”.
V.Ştutsle vurğulayır ki, Rusiya siyasətində NATO-nun hər hansı üzv ölkəsinə qarşı hərbi müdaxiləni həyata keçirmək arzusu və ya niyyətinin əlamətləri yoxdur: “Rusiyanın NATO üzvünə müdaxilə edəcəyini düşünmək tam ağılsızlıqdır”.
Ekspertin sözlərinə görə, NATO nizamnaməsinin beşinci maddəsinin effektivliyindən şübhələnmək üçün heç bir əsas yoxdur. “NATO üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq hərbi təhlükə olacağı halda üzvünə hərbi yardım göstərəcək. Bu fikri bu günlərdə Almaniya kansleri Ancela Merkel növbəti dəfə təsdiqlədi. Amma NATO-nun baş katibi Anders Foq Rasmussen tamamilə qeyri-proporsional və sərt bəyanatları ilə antirus mövqeyində qalır. O, bununla da Almaniya hökumətinin konstruktiv tonunu dəstəkləmək istəmir. Məndə belə təəssürat var ki, burada antialman kartı oynanılır”, - V.Ştutsle deyir.
Xatırladaq ki, NATO-nun Uels sammitində ittifaqa üzv yeddi ölkənin kollektiv operativ reaksiya qüvvələrinin yaradılması barədə qərar verilib. Bu ölkələr Estoniya, Latviya, Litva, Böyük Britaniya, Danimarka, Norveç və Niderlanddır. Bu ölkələrdən üçünün Rusiya ilə birbaşa quru sərhədinin olması diqqət çəkir.
Yeni silahlı qruplaşmalar Böyük Britaniyanın rəhbərliyi altında yaxın bir neçə il ərzində yaradılacaq. Operativ reaksiya qüvvələri yeddi ölkənin quru, dəniz və hərbi-hava güclərinin bölmələrindən ibarət olacaq.
Ömər Dağlı
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı