Digər
Poroşenkonun köməkçisi: “Rusiya buna cəsarət etməyəcək”
“Bəyanatlara baxmayaraq, Rusiya separatçıların keçirdiyi “seçkilər”i tanımağa cəsarət etməyəcək”.
Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna prezidentinin köməkçisi Oleq Medvedev səsləndirib.
O.Medvedev qeyd edib ki, Rusiya Federasiyası da daxil olmaqda dünyada heç bir ölkə Donbas hövzəsində yaradılan separatçı qurumların legitimliyini tanımır: “Bəyanatlara baxmayaraq, Rusiya bu seçkiləri tanımağa cəsarət etməyəcək".
Ukrayna prezidentinin köməkçisi Donetsk və Luqansk vilayətlərində 11 mayda keçirilən “referendum”ların da dünyanın heç bir ölkəsi tərəfindən tanınmadığını xatırladıb. O, vurğulayıb ki, separatçılar tərəfindən 2 noyabrda tarixində yerli “seçkilər”in keçirilməsi Ukraynanın şərqində vəziyyəti daha da çətinləşdirəcək, o cümlədən “respublikalar”ın tanınmasına gətirib çıxarmayacaq.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Luqansk və Donetskdə keçiriləcək seçkiləri tanıyacağını bildirib. O, bu seçkilərin Minsk razılığının əsas şərtlərindən olduğunu deyib: ”Luqansk və Donetsk Xalq Respublikaları”nda noyabrın 2-də keçiriləcək seçkilər hökumətin legitimləşməsi nöqteyi-nəzərindən vacib addımdır. Bu, Minsk razılığının əsas istiqamətlərindən hesab edilir”.
Qeyd edək ki, separatçılar noyabrın 2-də öz “parlamenti”ni və “dövlət başçısı”nı seçmək istəyirlər.
Ömər Dağlı
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO