Digər
Elman Rüstəmov: ”Bu, ölkədə faiz dərəcələrinin azaldılmasına bir işarədir”
Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin müzakirəsi keçirilir. İclasda çıxış edən Mərkəzi Bank sədri Elman Rüstəmov bildirib ki, neftin qiymətinin dünya bazarlarında aşağı düşməsinin səbəblərindən biri də OPEK üzvü olmayan ölkələrin neft hasilatını artırmasıdır: “Digər tərəfdən isə əsas neft istehlakçılarında istehlakçı səviyyəsinin aşağı düşməsi neftin qiymətinin aşağı düşməsini şərtləndirir”.
Elman Rüstəmov deyib ki, möhkəmlənmiş Azərbaycan iqtisadiyyatı neft qiymətlərinin aşağı düşməsi ilə bağlı proseslərə kifayət qədər hazırdır: “Neftin qiyməti 60-70 dollara düşərsə belə, Azərbaycan dövlət büdcəsinin gəlirləri xərclərindən çox olacaq”.
O, inflyasiyadan da danışıb. Deyib ki, Azərbaycanda inflyasiya aşağı səviyyədədir: “Lakin bizim tərəfdaşımız olan ölkələrdə orta inflyasiya 4.3 faizdir. Bu da Azərbaycana həmin ölkələrlə müqayisədə rəqabət üstünlüyü yaradır. Azərbaycanda inflyasiya inkişaf etmiş ölkələrdəki kimidir. Bu gün bizim milli valyutamız çox sabitdir. Bizdə olan informasiyaya görə, manat hətta bir çox ölkələrdə də qəbul olunur. Bundan sonrakı dövrlərdə də manatın məzənnəsinin sabitliyi təmin ediləcək. Mərkəzi Bank bank faizlərini də aşağı salmağa çalışır. Cari ildə Mərkəzi Bank uçot dərəcəsini 4.75 faizdən 3.25 faizə endirib. Bu ölkədə faiz dərəcələrinin azaldılmasına bir işarədir “.
İqtisadiyyat şöbəsi
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO