Digər
"Helsinki Fondu, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin haqlarını qoru" (FOTO)
Polşada təhsil alan azərbaycanlı gənclər və diasporumuzun üzvləri Helsinki İnsan Haqları Fondunun qarşısında nümayiş keçiriblər.
Azərbaycanın Polşadakı səfirliyindən Trend-ə verilən məlumata görə, nümayiş iştirakçiları əllərində “Helsinki Fondu, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin haqlarını qoru” şüarları ilə qeyd olunan təşkilatı girovluqda saxlanılan azərbaycanlıların talelərinə biganə yanaşmamağa çağırıblar.
Nümayişin sonunda azərbaycanlı gənclər Helsinki İnsan Haqları Fondunun Varşava ofisinin əməkdaşına D.Əsgərov və Ş.Quliyevin girov götürülmələri ilə əlaqədar həqiqəti əks etdirən məktubu təqdim ediblər.
Qeyd edək ki, erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlı öldürülüb, Ş.Quliyev və D.Əsgərov adlı iki azərbaycanlı isə girov götürülüb. H.Həsənovun nəşi Azərbaycana qaytarılıb. Ş.Quliyev və D.Əsgərovun isə qondarma "məhkəməsi" keçirilir.
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO