Digər
“Bloomberg”: “Bakı Qərblə Şərq arasında seçim etmək məcburiyyətindədir” - İDDİA
“Ukraynadan sonra Azərbaycandan Moldovaya qədər bütün dövlətlər münaqişə tərəflərindən birini seçmək məcburiyyətində qalıb”.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg”
nəşri yazıb.
Nəşr Macarıstanın Avropanı əsəbiləşdirən “Cənub axını” layihəsinə
qoşulmasına diqqət çəkərək Almaniya-Rusiya münasibətlərinə
toxunub.
“Reallıqda seçim etmək nə qədər çətin olsa da, hər kəs buna
məcburdur. Bu baxımdan, macarlar öz seçimlərini siyasi yox,
iqtisadi müstəvidə edirlər. Eyni proseslər Azərbaycandan Moldovaya
qədər olan bütün ölkələrə aiddir. Onlar da Ukrayna münaqişəsində
tərəflərdən birini seçmək məcburiyyətindədirlər. Çünki bu münaqişə
təkcə Kiyevlə Moskva arasında yox, Qərblə Şərq arasında gedir”, -
deyə nəşr bildirib.
“Bloomberg” Azərbaycanın tarazlı siyasətinə toxunaraq bunu uğurlu
adlandırıb: “Bu gün Bakı uğurla tarazlaşdırılmış siyasət aparır.
Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan Ukraynanın ərazi
bütövlüyünü tanımaqla yanaşı, Moskva ilə toqquşmur. Bu ağıllı
gedişlər hesabına ərsəyə gəldi. Lakin ümumi mənzərə dəyişir və Bakı
da Qərblə-Şərq arasında seçim etmək məcburiyyətindədir”.
Asif Nərimanlı
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev