“Lukoil” şirkətinin mənfəəti 48 faiz azalıb
Bizi izləyin

Digər

“Lukoil” şirkətinin mənfəəti 48 faiz azalıb

Rusiyanın “Lukoil” şirkəti 2014-cü ilin 3-cü rübündə təmiz mənfəəti US GAAP standartı üzrə 48 faiz azalaraq 1,62 milyard dollar təşkil edib.

Publika.az xəbər verir ki, analitiklər şirkətin xalis mənfəətini 2 milyard dollar səviyyəsində gözləyirdilər.

“Lukoil” bildirir ki, mənfəətin azalmasına səbəb neft qiymətlərinin və rublun məzənəsinin azalmasıdır.

Şirkət cümə axşamı bildirib ki, cari ilin 3-cü rübündə şirkətin gəliri 6 faiz artaraq 39,02 milyard dollar təşkil edib. EBİTDA üzrə nəticələr 2 faiz azalaraq 5,34 milyard dollar olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm