Palataya yerləşdirilən xalq artisti Publika.Az-a danışdı - EKSKLÜZİV -
Bizi izləyin

Digər

Palataya yerləşdirilən xalq artisti Publika.Az-a danışdı - EKSKLÜZİV -

Xalq artisti, guya bu gün saat 18:00-da xəstəxanadan buraxılacağı barədə mətbuatda yayılan məlumatlara da aydınlıq gətirdi.

"Bu gün müəyyən prosedurları keçəndən sonra, axşam saatlarında, təxminən 20:00 radələrində evə buraxılma ehtimalım var"

---------

18:07


Publika.Az xəbər verir ki, Azərbaycanın xalq artisti, populyar estrada müğənnisi Mübariz Tağıyev palataya köçürülüb. Xalq artisti ilə əlaqə saxlayıb, təəssüratlarını öyrəndik. Ağır nəfəs almasına baxmayaraq, M.Tağıyev Publika.Az-a fikrini bildirdi:

“Özümü normal hiss edirəm. Sadəcə, ola bilər ki, dərmanlardandır. Zəiflik hiss edirəm. Tikilmiş yaralar yavaş-yavaş sağalır. Nəfəsim yerindədir, ürəyimin döyüntüsü çox normaldır”.

Müğənni pərəstişkarlarına da səsləndi.

“Tamaşaçılarıma və dinləyicilərimə sizin vasitənizlə deyirəm ki, sizə dərin-dərin minnətdaram. Çox sağ olsunlar! Mən onları izlədim, bir az kövrəldim. Amma yenə də sağ olsunlar. Əməliyyat yaxşı keçib. Hər şey Allahın əlindədir. İnşallah, solo-konsertimi başa çatdıracağam. Dostlarıma, tanışlarıma minnətdaram! Siz də sağ olun ki, məni diqqətinizdə saxlamısınız”.

Qeyd edək ki, xalq artisti M.Tağıyev mayın 29-da ürəyindən əməliyyat olunub.

Fuad Mədətov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm