Digər
İstehlaka orta hesabla ayda nə qədər xərcləyirik?
Yanvar-noyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə ölkənin istehlak bazarında satılmış əmtəə və xidmətlərin həcmi 26,1 milyard manat olmaqla 2013-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artıb.
Publika.az xəbər verir ki, istehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin və pullu xidmətlərin xüsusi çəkiləri müvafiq olaraq 73,7 faiz və 26,3 faiz təşkil edib. Ümumi artımın 77,2 faizi ticarət fəaliyyətinin hesabına yaranıb.
2014-cü ilin on bir ayında özəl bölmənin ticarət və xidmət fəaliyyəti daha da genişlənib. İstehlakçıların alıcılıq tələbatının ödənilməsində önəmli yer tutub. Təsərrüfat subyektlərində satılmış əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcmi əvvəlki ilin müvafiq dövrünün səviyyəsini 9,4 faiz üstələyib. İstehlak bazarı üzrə real artımın 98,8 faizi özəl bölmənin sayəsində təmin edilib. Hesabat dövründə hər bir istehlakçı orta hesabla ayda 252,3 manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,5 manat çox əmtəə alıb.
İqtisadiyyat şöbəsi
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ