Digər
Kirayə mənzil bazarında nə var, nə yox? – MONİTORİNQ
Ötən il kirayə mənzil bazarında aktivlik azalsa da, təklif olunan mənzillərin əksər hissəsi böyük sahəyə malik olduğundan mənzillərin qiymətləri 16,87 faiz artaraq, 830 dollardan 970 dollara yüksəlib. Bazarda əməliyyatların sayı isə 145 ədəd təşkil edib. Hər kvadratmetrə görə isə kirayə haqqı - 2,8 faiz azalaraq 11,8 dollar/kvadratmetrdən 11,47 dollar/kvadratmetrə düşüb.
Publika.az “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupuna istinadən xəbər verir ki, kirayə mənzillərin ümumi sahəsində artım qeydə alınıb. Buna görə də konsaltinq şirkətinin ekspertləri hər mənzilə görə qeyd edilən artımı normal hesab edirlər: “Noyabr ayında tələb portfelində bahalı evlərin (aylıq kirayə haqqı 1000 dollardan yuxarı) payı 62,0 faiz artaraq 40 faiz, ucuz evlərin (aylıq kirayə haqqı 500 dollara qədər) payı isə -6,0 faiz azalaraq 48,0 faiz olub, orta qiymətə (500 -1000 dollar aralığında) kirayə evlərinin payı isə uyğun olaraq 3,0 faiz artaraq 42,0 faiz təşkil edib. Kirayə bazarında bu müddət ərzində müraciət edənlər əsasən tikilməkdə olan yeni tikililərin təhvilini gözləyən vətəndaşlar və iş ardınca paytaxta gələn miqrantlar olub. Tələb portfelinin bir qismini isə qısa müddətli 1-2 ay müddətinə kirayə müqavilələri bağlayanlar təşkil edib”.
Məlum olur ki, 2014-cü ilin noyabr ayında kirayə mənzil bazarında təklifin həcmi 18 faiz artaraq 272 mənzil təşkil edib. Ekspertlər deyir ki, aktivliyin azalması nəticəsində təklif portfelində artmanın əsas səbəbi qeyri-mövsümi ayların olması ilə əlaqədardır. Qış aylarında tikinti sektorunda olan durğunluq nəticəsində Bakıya gələn və kirayə evlərə ehtiyacı olan işçilərin azlıq təşkil etməsi kirayə mənzil bazarında boş mənzillərin sayının artmasına gətirib çıxardıb.
İqtisadiyyat şöbəsi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək