Ölkədə tənzimlənən qiymətlər necədir? – Siyahı
Bizi izləyin

Digər

Ölkədə tənzimlənən qiymətlər necədir? – Siyahı

Tarif Şurasının qərarı ilə ölkədə benzin və dizelin qiyməti qaldırıldı. Bu artımın qiyməti tənzimlənən digər sahələrdə də baş verəcəyinə dair fikirlər irəli sürülür. Konkret olaraq, Bakı Metropoliteninin, Nəqliyyat Nazirliyinin TŞ-ya müraciət etdiyi bildirilir. Şuranın isə bu müraciətlərə müsbət cavab verib-verməyəcəyi bəlli deyil. Yalnız o məlumdur ki, yanacağın qiymətindəki artım digər sahələrdə də bahalaşmaya gətirib çıxarır. Xüsusilə tənzimlənən qiymətlərdə.

Publika.az hazırda TŞ tərəfindən tənzimlənən hazırkı xidmət qiymətlərini təqdim edir:

Təbii qazın emal, nəql, topdansatış və pərakəndə satış tarifləri

Təbii qazın emalı - 5,5 (ƏDV ilə)(manat/min m3)

Təbii qazın nəqli (hər 100 km məsafə üçün) - 2,0 (ƏDV ilə)(manat/min m3)

Təbii qazın qaz paylayıcılarına topdan satışı -42,0 (ƏDV ilə)(manat/min m3)

Təbii qazın pərakəndə satışı - 100,0 (ƏDV ilə)(manat/min m3)

Şəhər və rayon mərkəzlərində (Bakı şəhəri istisna olmaqla) fəaliyyət göstərən şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin yuxarı hədd tarifləri:

Şəhərdaxili məsafədən asılı olmayaraq - 20 qəpik

Şəhərətrafı və qəsəbələrarası 1 km-dən 15 km-dək (15 km daxil olmaqla) - 20 qəpik

15 km-dən 25 km-dək (25 km daxil olmaqla) - 25 qəpik

25 km-dən 30 km-dək (30 km daxil olmaqla) - 30 qəpik

30 km-dən 40 km-dək (40 km daxil olmaqla) - 40 qəpik

40 km-dən 45 km-dək (45 km daxil olmaqla) - 50 qəpik

45 km-dən 50 km-dək (50 km daxil olmaqla) - 70 qəpik

50 km-dən yuxarı - 80 qəpik

Rabitə xidmətlərinin tarifləri

Əhali manat/ay -2,5

Qeyri-əhali manat/ay -7,0

şəhərdaxili qəpik/dəqiqə - 2,0

şəhərlərarası qəpik/dəqiqə - 5,0

beynəlxalq qəpik/dəqiqə -32,0

Elektrik enerjisinin tarifləri

Bütün istehlakçılar üçün - 6,0

Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tarifləri

Əhali

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə - 30,0 qəpik

Digər regionlar üzrə - 25,0 qəpik

Digər sahələr - 1,0 manat

Sudan xammal kimi istifadə edənlər - 12,0 manat

Tullantı suyunun axıdılması xidməti üzrə

Əhali - 6,0 qəpik

Digər sahələr - 30,0 qəpik

Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri (qəpiklə ifadədə)

Avtomobil benzini (Aİ-95) - 0,82
Avtomobil benzini (Aİ-92) - 0,72

Avtomobil benzini (Aİ-80) - 0,72

Dizel yanacağı - 0,62

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm