Digər
Mərkəzi Bank valyuta ehtiyatlarının azalmasına aydınlıq gətirdi
Son zamanlar bəzi kütləvi informasiya vasitələrində Mərkəzi Bankın valyuta ehtiyatlarının həcminin dəyişməsi ilə bağlı müxtəlif məzmunlu yazılar dərc olunur.
Mərkəzi Bank həmin xəbərlərə aydınlıq gətirib. Bankdan Publika.az-a daxil olan məlumata görə, valyuta ehtiyatlarının saxlanılmasının başlıca məqsədləri pul və valyuta siyasətinin həyata keçirilməsi və ölkədaxili maliyyə sabitliyinin təmin olunmasıdır. Mərkəzi Bankın valyuta ehtiyatları makroiqtisadi sabitliyin mühüm amillərindən biri olmaqla məzənnə sabitliyinin qarantı, valyuta böhranlarına qarşı “təhlükəsizlik yastığı”dır. Bununla əlaqədar valyuta bazarında tələb və təklifin balanslaşdırılmasına nail olmaq üçün Mərkəzi Bank bazara alış və ya satış yönlü müdaxilələr edir.
Bu məqsədlə də Mərkəzi Bank tərəfindən 2014-cü ildə valyuta bazarına alış və satış yönlü müdaxilələr edilib. Belə ki, 2014-cü ilin 11 ayı ərzində manatın məzənnəsinin ABŞ dollarına qarşı kəskin bahalaşmasının qarşısını almaqdan ötrü valyuta bazarında təklifin tələbi üstələməsini nəzərə alaraq, 1 milyard 270 milyon ABŞ dolları məbləğində alış yönlü müdaxilə edib.
Lakin dekabr ayında qonşu ölkələrdə, xüsusilə Rusiya Federasiyasında valyuta bazarında baş verən böhran nəticəsində rublun kəskin ucuzlaşması, o cümlədən digər qonşu ölkələrdə milli valyutaların məzənnəsinin əhəmiyyətli dərəcədə düşməsi Azərbaycanın valyuta bazarına psixoloji təsir göstərib. Nəticədə 2014-cü il dekabrın ortalarında ABŞ dollarına tələbat yaranıb və bazarda yaranan yeni durumu tənzimləmək üçün öz funksiyasına uyğun olaraq, Mərkəzi Bank qeyri-nağd və nağd şəkildə bazara 1 milyard 127 milyon ABŞ dolları məbləğində satış yönlü müdaxilə edib. Nəticədə, manatın sabitliyi qorunub, valyuta ehtiyatlarının həcmi isə xalis olaraq 143 milyon ABŞ dolları məbləğində artımda qalıb. Beləliklə, görülən çevik tənzimləmə tədbirləri nəticəsində valyuta bazarında tam sabitlik təmin olunub və artıq Mərkəzi Bank bazarda alış yönlü müdaxilə rejiminə qayıdıb.
Halbuki Rusiyada, eləcə də digər qonşu ölkələrdə mərkəzi bankların əhəmiyyətli valyuta satışı müdaxilələrinə baxmayaraq, milli valyutaların sabitliyini qorumaq mümkün olmayıb. Nəticədə, bir sıra milli valyutalar ABŞ dollarına qarşı ciddi devalvasiyaya uğrayıblar. Rus rublu 80%, qazax təngəsi 19%, türkmən manatı 22%, belarus rublu 17%, Ukrayna qrivnası 90%, turk lirəsi 8% ucuzlaşıb.
Qeyd edək ki, beynəlxalq reytinq agentlikləri bu yaxınlarda Azərbaycan manatını MDB və Şərqi Avropa məkanında, habelə təbii resurslarla zəngin ölkələr arasında ən sabit və etibarlı valyuta kimi tanıyıblar.
Mərkəzi Bankdan bildirilir ki, valyuta ehtiyatlarının ümumi həcminin statistik azalması isə valyuta ehtiyatlarının idarə edilməsi strategiyasına uyğun olaraq valyuta diversifikasiyasından irəli gələn amillərlə bağlıdır. Belə ki, valyuta ehtiyatları Mərkəzi Bankın investisiya strategiyasına uyğun olaraq, ehtiyatların qorunması və gəlirliliyin təmin edilməsi məqsədilə ABŞ dolları ilə yanaşı, əsasən avro və ingilis funt sterlinqi olmaqla müxtəlif sərbəst dönərli valyutalara diversifikasiya olunaraq idarə edilir. Məhz buna görə də, ABŞ dollarının bu valyutalara qarşı möhkəmlənməsi təbii olaraq dollarda yenidənqiymətləndirmə nəticəsində ehtiyatların nisbi dəyərinin dəyişməsinə gətirib çıxarır.
Qeyd olunur ki, Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd olunduğu kimi, manatın məzənnəsinin sabitliyi bu il də mühüm siyasət prioritetidir. Belə ki, sabit məzənnə 2015-ci ildə də makroiqtisadi sabitliyin vacib lövbəri olacaq.
İqtisadiyyat şöbəsi
-
Ekopublika.az10:00
"S&P"dən manatın məzənnəsi ilə bağlı PROQNOZ
-
Nəqliyyat09:25
Bu yolda sürət həddi endirildi
-
MDB07:35
Putinin illik böyük mətbuat konfransına hazırlıq - Süni intellektdən istifadə olunacaq
-
Magazin207:15
Tom Kruzdan qızı ilə bağlı gözlənilməz addım - 30 yaşı tamam olanda...
-
İdman03:18
Avropada ən çox məvacib alan futbolçular
-
Qoroskop00:55
Günün qoroskopu: mühüm qərarları ertələməli olacaqsız
-
Sosial6 Dekabr 22:56
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri AÇIQLADI - VİDEO
-
Ekopublika.az6 Dekabr 22:08
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR