Digər
Vüqar Bayramov: “Strateji məhsullara daxil edilən ərzaq növlərinin sayının artırılmasına ehtiyac var”
Məlum olduğu kimi, 2015-ci il kənd təsərrüfatı ili adlandırılıb. Qeyd edək ki, bu sektorun ümumi daxili məhsulda payı 6 faizdən azdır. Əmək qabiliyyətli əhalinin isə cəmi 38 faizi kənd təsərrüfatında işləyir. Ona görə bu sahə yalnız qeyri-neft ixrac qabiliyyətinin artırılması deyil, eyni zamanda məşğulluğun təmin edilməsi baxımdan da əhəmiyyətlidir. Lakin sual doğuran kənd təsərrüfatı ilində nələrin həyata keçirilməsinə ehtiyacın olmasıdır.
İqtisadçı-ekspert Vüqar Bayramov Publika.az-a açıqlamasında bildirdi ki, subsidiyaların verilməsi şərtlərində dəyişikliyə ehtiyac var: “Subsidiyaların verilməsi üçün tətbiq edilən bu meyar da kifayət qədər sadədir. Subsidiya məbləğlərinə yenidən baxılmaqla yanaşı, aqrar sektora yönəldilən subsidiyaların verilməsi meyarlarının dəyişdirilməsinə ehtiyac var. İndiki halda strateji məhsullar kimi yalnız taxıl və buğda yetişdirilməsindən ibarət olmamalıdır. Eyni zamanda strateji məhsullara pambıq, ölkənin ərzaq təhlükəsizliyi ilə birbaşa bağlı olan digər məhsulların da aid edilməsinə ehtiyac var. O baxımdan strateji məhsulların strukturunun dəyişdirilməsi olduqca vacibdir. Strateji məhsullara daxil edilən ərzaq növlərinin sayının artırılmasına ehtiyac var. İkincisi, Azərbaycanda tətbiq edilən meyar sadə olması ilə yanaşı, fermerlərin daha çox məhsul istehsalını stimullaşdırmır. Praktiki olaraq burada əkin sahəsindəki hər hektara görə ödənişlər olur. Yəni, fermerin hansı həcmdə məhsul istehsal etməsindən, hətta ərazidə yonca əkməsindən asılı olmayaraq, bütün hallarda həmin subsidiyanı alır. Amma bu belə olmamalıdır. Bu üsul daha çox zəhmət tələb edən və ya daha çox məhsul verən ərzaq məhsullarının yetişdirilməsində əlavə subsidiyaların alınmasına imkan yaratmır. O baxımdan subsidiyaların verilməsi mexanizminin dəyişdirilməsi və subsidiyaların əkin sahələri üzrə hektarlara bölünməməsi lazımdır. Subsidiyalarin məbləği istehsal olunan məhsulun həcminə uyğunlaşdırılır. Yəni, daha çox məhsul istehsal edən fermer dövlətdən daha çox subsidiya alır. Az istehsal edən fermer isə az subsidiya almalıdır. Yəni, faktiki olaraq subsidiyaların məbləği dəyişən olmaqla fermerlərin daha çox məhsul istehsal etməsini stimullaşdırmalıdır. Bu da təbii ki, subsidiyanın tətbiqi ilə bağlı meyarın dəyişdirilməsi və subsidiyanın hektarlar üzrə deyil, istehsal olunan məhsulun həcminə uyğun olaraq müəyyənləşdirilməsidir”.
V.Bayramov deyir ki, subsidiyaların müəyyənləşdirilməsi və verilməsi prosesində şəffaflığın gücləndirilməsinə ehtiyac var: “Mövcud mexanizmlər bəzi hallarda vəsaitin fermerə çatmasına imkan vermir. Digər tərəfdən korporativlərin, klasterlərin yaradılması prosesi sürətlənməlidir. Yəni, korporativlərin yaradılması fermerlərin rəqabət imkanlarının genişlənməsinə səbəb ola bilər. Klasterlər isə bu gün bütün inkişaf etmiş, hətta inkişaf etməkdə olan ölkələrdə də tətbiq edilən metodlardan biridir. Klasterlər yalnız fermerlər deyil, eyni zamanda müxtəlif universitetlər də olur. Onlar birgə müəyyənləşdirirlər ki, gələn il hansı məhsul istehsal edilməldir. Korperativlərin fermerlərinin xərclərinin azaldılmasına gətirib çıxara bilər”.
İqtisadçı bildirir ki, məhsul istehsalının planlaşdırılması və proqnozlaşdırılması üçün təhlil və məsləhət xidmətinin həyata keçirilməsi vacibdir: “Fermerlərə hansı məhsula daha çox tələb var və bazarlar üzrə bölüşdürülməsi necə həyata keçirilməsi barədə mütəmadi məlumatlar verilməldiri. Əgər aqrar sektor əvvəlki kimi, fərdi şəkildə istehsalatla məşğul olacaqsa, onun payı çoxalmayacaq. Burada mənfi tendensiya almış hallardan biri də odur ki, fermerlər məhsul istehsalını planlaşdıra bilmirlər. Bu il soğanın qiyməti yüksək olursa, gələn il soğan istehsal edirlər. Bolluq da ona gətirir ki, onların istehsal etdiyi soğan çürüyür. Yaxud da hansı məhsulun qiyməti aşağıdırsa, gələn il ondan istehsal etmirlər. Ona görə də fermerlər gələn illər üzrə tələbata uyğun planlaşdırma aparmalıdırlar. Nəhayət fermerlərə ixrac subsidiyası verilməlidir. Dövlət ixrac qabiliyyətli sektorların dəstəklənməsi siyasətini həyata keçirməklə ölkə xarici ticarət göstəricilərini yaxşılaşdırır, ixracdan daha çox gəlir əldə edir. Bu zaman daha çox məhsul ixrac edən fermer təssərrüfatları dövlətdən subsidiya alaraq maliyyə imkanlarını genişləndirə bilirlər”.
İqtisadçı hesab edir ki, bunlarla bərabər xarici investorlarla birlikdə kənd təsərrüfatı texninka və avadanlıqlarının istehsalının həyata keçirilməsinə ehtiyac var. Əslində, bu sahədə yerli istehsalın formalaşdırılması olduqca vacibdir. Çünki, bu sözügedən istiqamətdə idxaldan asıllığı aradan qaldırmaqla yanaşı eyni zamanda yeni iş yerlərinin yaradılmasına nail olmaqa imkan verər. Bu məqsəd ilə ən uyğun bölgə Gəncə şəhəri hesab edilir.
İqtisadiyyat şöbəsi
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş