Neft ucuzlaşır, rubl dəyərə minir, BP ixtisarlara başlayır
Bizi izləyin

Digər

Neft ucuzlaşır, rubl dəyərə minir, BP ixtisarlara başlayır

Dünya birjasında WTI markalı neftin qiyməti 46,25 dollar təşkil edib. Brent markalı neft isə 47,67 dollar olub.

Publika.az xəbər verir ki, neftin qiymətində enişin dayanması rublun məzənnəsinə təsir edib. Dollar rubla qarşı 24 qəpik ucuzlaşaraq 65,05 rubla düşüb. Avronun rubla məzənnəsi isə 11 qəpik düşərək 75,7 rubl olub.

Bu arada neftin ucuzlaşması təkcə rublu vurmayıb. Dünyanın ən böyük neft şirkətlərindən olan BP-yə də mənfi təsir edib. Şirkət Şimal Dənizindəki neft sahələrində xərclərini azaltmaq üçün 300 nəfəri işdən azad edəcəyini açıqlayıb.

Xatırladaq ki, dekabrda da şirkət bəzi layihələri donduraraq ixtisarlar edəcəyini bildirmişdi.

Onu da bildirək ki, Şimal Dənizindən hasil edilən Brent tipli xam neftin bareli 47 dollardan icra olunur. Bu qiymət 6 ay əvvəl 115 dollar səviyyəsində idi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm