Digər
Yeni Qərb dəyərləri: Bağçada gey və lesbi nağılları, həbs olunan valideynlər
Yanvarın 22-də LGBT (seksual azlıqların təşkilatı – red.) fəalı İsa Şahmarlının ölümünün ildönümü idi.
Bununla bağlı sosial şəbəkələrdə yenə geniş müzakirələr oldu. Seksual azlıqları pisləyənlər də oldu, bəraət qazandıranlar da. Bəziləri İsanın ölümünə təəssüflənərək, onun bizim cəmiyyətdə boğulduğunu, seksual azlıqlara ölkəmizdə yaşamağın çox ağır olduğunu yazdılar. Hətta İsa Şahmarlını öz seksual orientasiyasını gizlətmədiyi üçün “mərdlik”, “kişilik” simvolu sayanlar da tapıldı. Qərb dəyərləri üçün əldən-ayaqdan gedənlər qeyd etdilər ki, normal ölkələrdə seksual azlıqlar belə problemlər yaşamır.
Bəli, razıyam. Qərb ölkələrində gey, lesbiyan və taransseksuallar problem yaşamır. Orada dəyərlər elə çürüyüb ki, normal adamlar problemlə üzləşir. Əminəm ki, Qərb dəyərlərinin Azərbaycanda ən qatı tərəfdarlarının çoxunun belə şeylərdən xəbəri yoxdur. Xəbərləri yoxdur ki, 2010-cu ildən bəri ABŞ-ın bir sıra ştatlarında çox axmaq qanun qəbul olunub. İndi uşaqların doğum şəhadətnəməsində valideyn qrafasında ata və ana yazılmır. "Valideyn nömrə 1 və valideyn nömrə 2" yazılır.
Bu, ona görə qəbul olunub ki, seksual azlıqların hüquqları pozulmasın. Valideynlərin hər ikisi kişi də ola bilər, qadın da.
Dəhşətdir!
Bəlkə, dəhşət deyil?!
Axmaqlıq o yerə çatıb ki, Amerika universitetlərində hər hansı bir professor kafedrada ancaq qadın və kişi arasında normal münasibətlərin tərəfdarı olduğu haqda fikir yürütsə, onu dərhal işdən azad edirlər.
Ötən əsrin 40-cı illərində yazıçı Corc Oruel “1984” adlı roman yazmışdı. Oxumayanlara oxumağı məsləhət görürəm. Romanda “Sevgi nazirliyi” və “Həqiqət nazirliyi”ndən söhbət açılır. “Sevgi nazirliyi” edamlarla, “Həqiqət nazirliyi” isə yalan istehsalı ilə məşğuldur.
Latviyada da Oruelin romanında olduğu kimi “Rifah nazirliyi” fəaliyyət göstərir. Adı yaxşıdır. Amma elə adı yaxşıdır. Bilirsiniz bu nazirlik nə ilə məşğuldur? Bu nazirlik məktəbəqədər uşaqlar üçün kitabça dərc etdirib. Adı da “Karlos necə Karlitaya döndü “adlanır.
Əlavə şərhə ehtiyac var???
Transseksuallar haqda bu kitab Latviyada məktəbəqədər təhsil müəssisələrində tədris edilir.
İtaliyada da eyni vəziyyətdir. Uşaq bağçalarında eynicinsli sevgi haqda şəkilli nağıl kitablarından istifadə edirlər. Avropanı gözüyumulu müdafiə edənlər bu şəkilləri görsələr, tükləri biz-biz durar.
Almaniyada da eynicinsli məhəbbət uşaq bağçalarından öyrənilməyə başlanılır. Əgər siz bu üzdən öz övladınızı bağçaya, yaxud məktəbə göndərmək istəmirsinizsə, onda “azad və demokratik” Almaniyada problemləriniz başlayacaq.
Əvvəlcə sizi cərimə edəcəklər. Bundan sonra da övladınızı eynicinsli məhəbbət ruhunda tərbiyə etməkdən boyun qaçırsanız, sizi 2 aylıq həbs edəcəklər.
Almaniyada bu üzdən dəfələrlə həbsdə olan valideynlər var.
Əlbəttə, siz məhkəməyə müraciət edib deyə bilərsiniz ki, övladınızı ənənəvi seksual orientasiyalı ruhda böyütmək istəyirsiniz. Ola bilər ki, yerli məhkəmə sizə bəraət də versin. Ancaq Avropa İnsan Haqları Məhkəməsi qərar çıxardacaq ki, yerli məhkəmələr övladını gey-lesbi-trans ruhunda tərbiyə etmək istəməyən valideynləri həbs etməkdə haqlıdırlar.
Daha bir fakt. Azərbaycanda hər bir uşağın tərbiyəsi ailənin öz işidir. Dövlət qarışmır. Almaniyada isə dövlət məhkəməsiz-filansız uşağı ailədən ala bilir. Hər gün ölkədə 4-5 uşaq ailələrdən alınır. Diqqət edin, bunlar normal ailələrdir, valideynlər içki düşkünü və ya narkoman deyil. Onların bir günahı var - sadəcə uşaqlarını sağlam ruhda böyütmək istəyirlər.
Uşaqlar bu ailələrdən alınır və zorla başqa ailələrə verilir. O cümlədən eynicinsli “valideynli” ailələrə...
Əgər dediklərim kiməsə dəhşət filmlərini xatırladırsa, Qərb “dəyərlərinin” “dəlilləri” ilə özləri maraqlana bilərlər. Əsasən də Almaniyanın hüquq sistemi ilə. Bu internet, bu da siz. Oxuyun doyana qədər!
Bizə belə dəyərlər lazımdırmı? İsa Şahmarlı hadisəsi sıradan bir olay deyildi. Yavaş-yavaş başlayır hər şey. Əvvəl bəraət qazandırırlar, müdafiəçiləri əmələ gəlir, sonra isə…
Qərbdə də belə başlamışdı... Təxminən 50 il əvvəl..
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı